“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçıları dekabrın 2-də keçiriləcək iclasda neft bazarındakı vəziyyəti və əlavə tədbirlərin zəruriliyini müzakirə edəcək.
Bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
O əlavə edib ki, bunun üçün monitorinq komitəsinin iclasının tarixi dəyişdirilib.
“Biz “OPEC+” ölkələri ilə bazardakı vəziyyəti və virusun yeni ştammı da daxil olmaqla əlavə tədbirlərə ehtiyacı müzakirə edəcəyik”, – Novak qeyd edib.
Eyni zamanda, o bildirib ki, hazırda Rusiya COVID-19-un yeni ştammının yaranması ilə əlaqədar neft bazarında təcili tədbirlərə ehtiyac görmür. “OPEC+” tərəfdaşları da bazarda təcili tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı Rusiya Federasiyasına müraciət etməyiblər.