3 C
Baku
Cümə, Yanvar 21, 2022

OPEC neft bazarında kəsirin artacağını deyir

2021-ci ildə neft bazarındakı kəsir aprel ayında güman edildiyindən daha böyük olacaq.

“Bloomberg” xəbər verir ki, bu barədə OPEC-in sənədlərində bildirilir. Belə ki, neft bazarında gündəlik tələbatın təklifi üstələməsi aprel ayındakı dəyərləndirmədəki 1,2 milyon barelə qarşı 1,4 milyon barel həcmində gözlənilir.

Eyni zamanda cari ildə neftə tələbatın artımına dair proqnoz əvvəlki kimi 6 milyon barel səviyyəsində saxlanılıb.

Həmçinin sentyabr – dekabr dövründə ehtiyatlarının gündəlik 2 milyon barel azalacağı da qeyd olunur.

Bu proqnozlar OPEC+ ekspertlər komitəsinin bu gün keçiriləcək iclasında açıqlanacaq.

Report

Son xəbərlər
Oxşar xəbərlər