12 C
Baku
Monday, September 30, 2024

OPEC+: Neft hasilatındakı məhdudiyyətlərin yumşaldılması məsələsi təxirə salına bilər

OPEC+ ölkələri 2021-ci ilin bir və ya iki rübü üçün hesablanan neft hasilatındakı məhdudiyyətlərin yumşaldılmasının təxirə salınması fikrini müzakirə edirlər.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə çərşənbə günü kartel ölkələrinin nümayəndə heyətləri üzvlərinin mənbələrinə istinadən “Bloomberg” yazıb.

Onların sözlərinə görə, OPEC üzvləri hazırda neft hasilatı üçün mövcud kvotaların gələn ilin ilk aylarına qədər saxlanılması fikrini fəal şəkildə müzakirə edirlər. “Bloomberg” istehsalın daha çox azaldılması təklifinin kartel üzvləri arasında hələ də geniş dəstək qazanmadığını vurğulayıb.

Xatırladaq ki, neft hasilatının azaldılmasına dair yenilənmiş razılaşma may ayından etibarən qüvvədədir. Alyans ölkələri avqust ayında gündəlik neft hasilatını gündə 9,7 milyon barel azaldıblar. Sentyabrdan bu ilin sonunadək azalma 7,7 milyon barel, yanvarın 1-dən isə məhdudiyyət gündə 5,8 milyon barel təşkil etməlidir.

Müqavilə 2022-ci ilin aprel ayında qədər qüvvədə olacaq.

Son xəbərlər
Digər xəbərlər