10 C
Baku
Friday, December 13, 2024

“OPEC neft hasilatını artırmaqla Qərbə kömək etmək fikrində deyil”

OPEC Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda enerji qiymətlərindəki artımı cilovlamaq üçün neft hasilatını artırmaq niyyətində deyil.

Bu barədə Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti sənayedəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, aparıcı rollardan birinin Səudiyyə Ərəbistanının oynadığı qurumun hərəkətləri göstərir ki, OPEC ölkələri ABŞ-ın israrlı tələblərinə baxmayaraq, neft hasilatını artırmaqla özlərinə iqtisadi ziyan vurmaq istəmirlər, çünki bu addım xammalın maya dəyərinin aşağı düşməsinə səbəb olardı.

Eyni zamanda, neftin qiymətinin daha da artması halında dünya iqtisadiyyatında tənəzzül qaçılmaz ola bilər ki, bu da “qara qızıl” hasil edən ölkələr üçün sərfəli olmayacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər