Oktyabrın 5-də Vyanada keçiriləcək iclasda Neft İxrac Edən Ölkələr (OPEC) və bu təşkilata üzv olmayan dövlətlər neft hasilatını sutkada 1 milyon bareldən çox azaltmağı müzakirə edəcək.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
“JPMorgan” hesab edir ki, “OPEC+” qiymətləri sabitləşdirmək üçün hasilatı ən azı 500 min barel azaltmalı ola bilər. Fevralın 24-dən etibarən “Brent” markalı neftin bir bareli 125 dolları keçib. Həmin gündən göstərici 85 dollara qədər düşüb.
“Reuters” agentliyinin daha əvvəl verdiyi məlumata görə, “OPEC+” neft bazarını dəstəkləmək üçün noyabrda neft hasilatını sutkada 0.5-1 milyon barel azaltmaq imkanını müzakirə edir. Oktyabrın 5-də keçiriləcək iclas “OPEC+” üzvlərinin 2020-ci ilin martından sonra, koronavirus pandemiyası səbəbindən tədbirin distant formada keçirildiyi vaxtdan bəri ilk üz-üzə görüşü olacaq.