20 C
Baku
Tuesday, May 21, 2024

OPEC+ neft hasilatını hazırkı səviyyədə saxlamağı tövsiyə edib

Monitorinq komitəsinin iclasından sonra OPEC+ üzvü olan ölkələrin energetika nazirləri alyansa neft hasilatını hazırkı səviyyədə saxlamağı tövsiyə ediblər.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, nümayəndələr 5 oktyabr 2022-ci ildə razılaşdırılmış istehsal planına sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Bildirilib ki, monitorinq komitəsinin növbəti iclası aprelin 3-də baş tutacaq.

Xatırladaq ki, oktyabrın 5-də alyans ölkələri Əməkdaşlıq Bəyannaməsi çərçivəsində hasilatın hədəf səviyyəsini 2022-ci ilin noyabrından 2023-cü ilin sonuna kimi gündəlik 2 milyon barel azaltmağa razılaşıblar.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər