6 C
Baku
Sunday, December 15, 2024

“OPEC+” neft hasilatını tədricən bərpa etmək niyyətindədir

“OPEC+” (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri hazırda 2021-ci ilin əvvəlindən tətbiq olunan hasilatın azaldılması (gündəlik 7,7 mln. barel) üzrə məhdudiyyətlərin bir neçə ay ərzində tədricən azaldılması məsələsini müzakirə edir.

Bu barədə “Bloomberg”‘ öz mənbəyinə istinadən bildirir.

Buna baxmayaraq, mənbə məhdudiyyətlərin azaldılmasının şərtlərini və parametrlərini açıqlamayıb.

Qeyd edək ki, 30 noyabr və 1 dekabr tarixlərində bir sıra “OPEC+” ölkələri nazirlər səviyyəsində bir neçə iclas keçirəcək, nəticədə razılaşma çərçivəsində alyans tərəfindən 2021-ci ilin əvvəlindən etibarən gündəlik neft hasilatının 2 mln. barel artımının olub-olmaması barədə qərar verilməlidir. Aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər