OPEC+ alyansının yanvarda neftin hasilatının günlük plan üzrə artımına “pauza” verəcəyi xəbərlərinin dolaşması həftənin çərşənbə axşamına neftin qiymətlərinini artırmağa səbəb olub.
Bakı vaxtı ilə 08:50 radələrinə Brent markalı xam neftin barreli 43 sent, yaxud 0.6% artımla $73.91-ə yüksəlib. WTI nefti isə 73 sent, və ya 1% artımla $70.68-ə çatıb.
Brent və WTI ötən həftə sonuna yaşadığı “sarsıntı”dan sonra bazar ertəsinə müvafiq olaraq 1% və 2.6% artım etmişdilər. Bildirək ki, xam neft qiyməti “omicron” virusu və strateji neft ehtiyatlarını bazara çıxarması xəbəri ilə 12% qiymət itkisi ilə üzləşmişdi.
Hazırda qlobal miqyasda yayılmış koronavirusun ştammı “omicron” artıq qeyri-müəyyənlik drayverinə çevrilib. Bu səbəbdən də OPEC+ artıq neftin növbəti aylarda qiymətlərini qorumaq yönündə hasilatın artımını riskli sayır.
OPEC+ alyansı gələn ilin yayına qədər hər ay üzrə 400 000 barrel günlük neft hasilatını artırmağı planlamışdı. Digər tərəfdən alyans anlayır ki, hazırda “omicron” kimi ştammın bazara verdiyi qeyri-müəyyənlik, ABŞ-ın koordinasiya etdiyi əsas neft istehlakçılarının strateji neft ehtiyatlarından bazara çıxarması – bütün bunlar neft bazarı üçün yüksək riskdir. Alyansın növbəti addımları neftin qiymətinin qorunması üçün atıla bilər.
“Citi” analtiklərinin hesablamasına görə, OPEC+ faktiki aylıq əlavələri gündə 400 000 yox, orta hesabla 262 000 barel artıra bilər.