OPEC+ formatının iştirakçı ölkələri hasilatın ixtisarına dair mövcud razılaşmaya 2021-ci ilin dekabr ayında 122 faiz əməl edərək gündəlik neft tədarükünü 3.759 min barel əvəzinə 4.586 min az yerinə yetirib.
Bu barədə OPEC+ texniki komitəsinin hesabatında məlumat verilir. Razılaşmaya uyğun olaraq neft hasilatı rekord həddə ixtisar olunub.
O cümlədən OPEC üzv ölkələri razılaşmanı 127 faiz (2.383 min barel əvəzinə 3.026 min barel az), qeyri-OPEC ölkələri də 114 faiz (1.376 min barel əvəzinə 1.569 min barel az) yerinə yetiriblər.
Ayrı-ayrı ölkələrə gəlincə, OPEC üzvlərindən Səudiyyə Ərəbistanı razılaşmanın yol verdiyi gündəlik 10.018 min barel əvəzinə 9.945 min barel, Nigeriya 1 666 min barel əvəzinə 1 317 min barel, qeyri-OPEC ölkələrindən Rusiya 10 018 min barel əvəzinə 9 944 min barel, Azərbaycan 654 min barel əvəzinə 605 min barel, Malayziya 542 min barel əvəzinə 415 min barel neft istehsal edib.