10 C
Baku
Wednesday, December 11, 2024

OPEC: Neft-qaz sənayesinə investisiyalardan imtina enerji təhlükəsizliyinə təhdid yarada bilər

Neft və qaz sənayesinə sərmayələrin kifayət qədər olmaması və ya onlardan imtina edilməsi qlobal enerji təhlükəsizliyinə təhdid yarada bilər.

Bunu Əbu-Dabidə keçirilən ADIPEC konfransında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm əl-Qais bildirib.

“Biz OPEK-də illərdir sənayemizə kifayət qədər sərmayə qoyulmamasının təhlükələri haqqında danışırıq, digərləri isə dünya enerji keçidinə doğru irəliləyərkən neft hasilatının ixtisarına və investisiyalardan imtina etməyə çağırır. Biz inanırıq ki, bu, bir çox ölkələri risk altında qoyur, çünki bu gün qlobal iqtisadi rifahın təməl daşı enerji təhlükəsizliyidir”, – deyə Əl-Qais Əbu-Dabidə keçirilən ADIPEC konfransında bildirib.

Təşkilatın baş katibinin qeyd etdiyi kimi, enerji keçidi istəyi neft-qaz sənayesinə investisiyadan imtina üçün səbəb olmamalıdır. Onun sözlərinə görə, bu prosesə cəlb olunan ölkələrin hökumətləri mərhələli enerji keçidi üçün aydın fəaliyyət planına malik olmalıdır və bu plan müasir qlobal iqtisadiyyatın tələblərini nəzərə almalıdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər