6 C
Baku
Sunday, December 15, 2024

OPEC: Neft-qaz sektoruna sərmayə qoyulmasına ehtiyac var

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) neft sənayesinin 2045-ci ilə qədər investisiya ehtiyacını 14 trilyon dollar səviyyəsində qiymətləndirir.

Bu barədə OPEC-in “World Oil Outlook 2045”in hesabatında bildirilir.

Təşkilat hesab edir ki, 2023-cü ildə “qara qızıl”ın kəşfiyyatı və hasilatına qoyulan investisiyalar 13% artaraq 360 mlrd. dollara çatsa belə, bu, kapital xərclərini yalnız koronavirus pandemiyasından əvvəlki səviyyəyə qaytaracaq.

“Bütün neft sektoru üçün tələb olunan ümumi uzunmüddətli investisiyanın həcmi 14 trilyon dollar və ya ildə orta hesabla 610 milyard dollar olduğu təxmin edilir”, – hesabatda qeyd olunur.

Təşkilat hesab edir ki, 2022-ci ildən 2045-ci ilə qədər təkcə “upstream” (kəşfiyyat və hasilat) sektoruna 11.1 trilyon dollar, “downstream” və “midstream” (emal, satış, daşınma və saxlama) sektorları üçün isə müvafiq olaraq 1.7 və 1.2 trilyon dollar tələb olunacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər