Banker.az saytının verdiyi məlumata görə, BƏƏ-nin Energetika naziri Suheyl al-Mazrui bildirib ki, OPEC təşkilatı 25 may tarixində Vyanada keçirilən iclasda kartelə üzv ölkələr və bir neçə digər dövlət ilə neft hasilatının azaldılması ilə bağlı əldə edilən razılığın gələcək taleyi ilə əlaqəli bir neçə variantları nəzərdən keçirəcək.
“Nazirlərə bir neçə variant təklif ediləcək və onlar bu variantlar arasında ən yaxşı olanını seçəcəklər. Görüşün nəticələrinin yaxşı olacağı gözlənilir” – deyə al-Mazrui qeyd edib. Bununla belə, nazir vurğulayıb ki, BƏƏ Vyana razılaşmasının uzadılmasını dəstəkləməyə hazırdır.