-1 C
Baku
Sunday, December 15, 2024

OPEC-in “neft səbəti” bahalaşıb

Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) “neft səbəti” iyunun 20-də 4,66% və ya 2,06 dollar artaraq bir barel üçün 46,24 dollara çatıb.

Banker.az Trendə istinadən xəbər verir ki, iyun ayı ərzində dünya birjalarında neftin bir barelinin qiyməti orta hesabla 46 dollar civarındadır, 2016-cı il ərzində isə 35,70 dollara satılır.

2015-ci ildə OPEC-in “neft səbəti”nin orta qiyməti 49,49 dollar, 2014 – 96,29 dollar, 2013 – 105,87 dollar, 2012 – 109,45 dollar, 2011-ci ildə isə 107,46 dollar təşkil edirdi. “Neft səbəti”nin rekordu 2008-ci ilin iyulunda qeydə alınıb – 140,73 dollar.

OPEC-in “neft səbəti” kartelin ölkələri tərəfindən satılan neftin növlərinin orta qiyməti kimi müəyyənləşdirilir.

Son xəbərlər
Digər xəbərlər