6 C
Baku
Saturday, December 14, 2024

OPEC+ neft sazişinin cari parametrlərini olduğu kimi saxlayıb

OPEC+ üzvləri mövcud strategiyanı təsdiqləyiblər və alyansın nazirlər toplantısının yekunlarına dair xüsusi kommünikeyə əsasən, yanvar ayında neft hasilatını artırmağa davam etmək qərarına gəliblər.

Banker.az xəbər verir ki, sənəddə qeyd edilənə görə, 2022-ci ilin yanvarında həcmlər yenidən gündəlik planlaşdırılan 0.4 milyon barel artacaq.

Həmçinin, alyans bəzi OPEC+ üzvlərinin tələbi ilə əvvəllər azaldılmamış hasilata görə kompensasiya mexanizminin fəaliyyətini gələn ilin iyun ayının sonuna qədər uzadıb.

Bu ölkələr dekabrın 17-dək müqavilələrə əməl etmək planlarını təqdim etməlidirlər.

Hasilatın dəyişdirilməsi planı və hasilatın aylıq artırılması mexanizmi OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 2020-ci ilin iyununda keçirilən 19-cu görüşündə təsdiq edilib.

Son xəbərlər
Digər xəbərlər