3 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

OPEC növbəti iki ildə neft hasilatını məhdud şəkildə artıracaq

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2023-cü il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu açıqlayıb.

Bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,92 mln. barel olacağı proqnozlaşdırılır.

Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,76 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,38 mln. barel çoxdur.

Qeyd olunur ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,27 mln. barel olacaq, bu da əvvəlki proqnozdan 0,03 mln. barel azdır.

Xatırladaq ki, 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 mln. barel olub, 2019-cu ildə isə 29,27 mln. barel olub.

Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, OPEC 2022-2023-cü illərdə hasilatına tədricə artıracaq, lakin bunu məhdud şəkildə edəcək və nəticədə təşkilata daxil olan ölkələr gələn ildə hasilat göstəricisi üzrə pandemiyadan öncə ki səviyyəyə çata bilməyəcəklər.

Son xəbərlər
Oxşar xəbərlər