21 C
Baku
Şənbə, May 21, 2022

OPEC ölkələri fevralda “OPEC+” öhdəliklərini 136% yerinə yetirib

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri cari ilin fevral ayında gündəlik neft istehsalını 440 min barel artıraraq (yanvar ayı ilə müqayisədə) 28,47 mln. barelə çatdırıb.

Bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verilir.

Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri “OPEC+” razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 136% yerinə yetirib.

Hesabata qeyd edilir ki, “OPEC+” razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib. Beləliklə, yanvar ayında razılaşmada iştirak edən 10 ölkə gündəlik neft hasilatını 2 543 min barel azaldıb, bu da “OPEC+” çərçivəsində olan öhdəliyi 668 min barel üstələyib.

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər