4 C
Baku
Sunday, February 5, 2023

OPEC ölkələri iclasda təşkilatın daxili məsələləri müzakirə edilib

OPEC ölkələrinin nazirləri bu gün videokonfrans formatında baş tutan görüşdə yalnız təşkilatın daxili inzibati məsələlərini müzakirə ediblər.

Bu barədə “TASS”a nümayəndə heyətlərindən birindəki mənbə məlumat verib.

“Yeni heç nə yoxdur, sadəcə inzibati məsələlər”, – mənbə bildirib.

OPEC ölkələrinin nümayəndələrinin bu cür görüşləri ildə iki dəfə keçirilir, əvvəlki görüş də iyunun 29-da onlayn rejimdə keçirilib.

Son xəbərlər
Digər xəbərlər
X