“OPEC+” ölkələri iyunda öhdəliklərini 114% yerinə yetirib

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu ilin iyun ayında neft hasilatının azaldılması üzrə razılaşmanı 114% yerinə yetiriblər.

IEA-in aylıq hesabatına istinadın verilən məlumata görə, ötən ay OPEC ölkələri razılaşmanı 123%, qeyri-OPEC ölkələri isə 97% yerinə yetirib.

Qeyd edək ki, iyunda Rusiya razılaşma çərçivəsində öhdəliyini 96% icra edib.

Məlumata görə, “OPEC+” ölkələri üzrə gündəlik neft hasilatı 40,9 mln. barel təşkil edib.

Xatırladaq ki, “OPEC+” pandemiya səbəbindən neftə tələbin azaldığını nəzərə alaraq, ötən ilin mayından istehsalını gündəlik 9,7 mln. barel azaldıb. Vəziyyət sabitləşdikcə məhdudiyyətlər nisbətən aradan qaldırılıb. Bu ilin may ayında gündəlik hasilat 6,55 mln. barel, iyun ayına 6,2 mln. barel olub, iyulda isə 5,76 mln. barel təşkil edəcəyi gözlənilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.