19.2 C
Baku
Sunday, September 25, 2022

“OPEC+” ölkələri öhdəlikləri 523% yerinə yetirib

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu ilin iyul ayında neft hasilatının azaldılması üzrə razılaşmanı 523% yerinə yetiriblər.

Banker.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına görə, OPEC-ə üzv olan ölkələr martda razılaşmanı 359%, qeyri-OPEC ölkələri isə 800% yerinə yetirib. Rusiya sözügedən göstəricini 719% yerinə yetirib.

Hesabata görə, “OPEC+” ölkələri neft hasilatını 648 mln. barel artırmaq əvəzinə, cəmi 570 min barel artırıblar.

İEA bildirir ki, ümumilikdə hesabat dövründə “OPEC+” alyansına daxil olan 23 ölkə üzrə gündəlik neft hasilatı 44,25 mln. barel səviyyəsində olub (29,05 mln. barel OPEC ölkələri, 15,12 mln. barel isə qeyri-OPEC ölkələri).

Qeyd edək ki, OPEC+ 2020-ci ilin may ayında koronavirus pandemiyasının yaratdığı neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9,7 milyon barel azaltdı. Sonra müqavilənin şərtlərinə dəfələrlə düzəlişlər edildi. Belə ki, 2021-ci ilin avqust ayından etibarən alyans hasilatı hər ay gündəlik 400 min barel, bu ilin may-iyun aylarında gündəlik 432 min barel artırıb, iyul-avqust aylarında isə hasilatı 648 min barel artırmağı planlaşdırır.

Mənbəapa.az
Son xəbərlər
Oxşar xəbərlər