10 C
Baku
Şənbə, Dekabr 4, 2021

OPEC ölkələri oktyabrda “OPEC+” öhdəliklərini 121% yerinə yetirib

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri bu ilin oktyabr ayında gündəlik neft istehsalını 217 min barel artıraraq (sentyabr ayı ilə müqayisədə) 27 455 min barelə çatdırıb.

Bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri “OPEC+” razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 121% yerinə yetirib.

Hesabata qeyd edilir ki, “OPEC+” razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib. Beləliklə, oktyabr ayında razılaşmada iştirak edən 10 ölkə gündəlik neft hasilatını 3 484 min barel azaldıb, bu da “OPEC+” çərçivəsində olan öhdəliyi 595 min barel üstələyib.

Mənbə:Apa
Son xəbərlər
Oxşar xəbərlər
X