18 C
Baku
Bazar, Oktyabr 24, 2021

OPEC ölkələri sentyabrda neft hasilatını artırıb

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri bu ilin sentyabr ayında ortalama gündəlik neft istehsalını 486 min barel artıraraq (avqust ayı ilə müqayisədə) 27 328 min barelə çatdırıb.

Bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, istehsal əsasən Nigeriya (156 min barel), Səudiyyə Ərəbistanı (139 min barel) və İraqın (84 min barel) hesabına artıb.

Qeyd olunur ki, təşkilatın 3 ölkəsində neft hasilatı azalıb. Belə ki, sentyabrda Liviya hasilatı 5 min barel, Venesuela – 6 min və Ekvatorial Qvineya isə 1 min barel azaldıb.

Xatırladaq ki, hazırda OPEC-in 13 üzvü var: Əlcəzair, Anqola, Venesuela, İndoneziya, İraq, İran, Liviya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Səudiyyə Ərəbistanı və Ekvador.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər