27 C
Baku
Saturday, July 27, 2024

OPEC ölkələri yanvarda “OPEC+” öhdəliklərini 173% yerinə yetirib

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri ötən ilin yanvar ayında gündəlik neft istehsalını 49 min barel azaldaraq (dekabr ayı ilə müqayisədə) 28.88 mln. barelə endirib.

Bu barədə OPEC-in aylıq hesabatında bildirilir.

Məlumata görə, yanvarda OPEC ölkələri “OPEC+” razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 173% yerinə yetirib.

Hesabatda qeyd edilir ki, “OPEC+” razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib.

Beləliklə, yanvar ayında razılaşmada iştirak edən 10 ölkə gündəlik neft hasilatını 2 204 min barel azaldıb, bu da “OPEC+” çərçivəsində olan öhdəliyi (1 273 min barel – red.) 931 min barel üstələyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər