11 C
Baku
Monday, November 25, 2024

“OPEC+” ölkələri hasilatın azaldılmasını müzakirə edəcək

Bu gün keçiriləcək iclas zamanı “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs – red.) ölkələrinin nazirləri digər variantlarla yanaşı, gündəlik neft hasilatının 100 min barel azaldılması imkanlarını müzakirə edəcəklər.

Bu barədə “Reuters“ öz mənbəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, “OPEC+” üzvləri avqustun 3-də keçirilən iclasda sentyabrda gündəlik neft hasilatının 100 min barel artırılmasını təsdiqləyiblər. Yekun kommunikedə həmçinin vurğulanıb ki, dünyada sərbəst neft hasilatı imkanları ciddi şəkildə məhduddur və onlar ehtiyatla istifadə edilməlidir.

“OPEC+” çərçivəsində tədbirlər alyans ölkələrinin monitorinq komitəsinin Bakı vaxtı ilə saat 15:00-a planlaşdırılan iclası ilə başlayacaq. “OPEC+”ın gələcək fəaliyyətinə dair qərarın verilə biləcəyi nazirlərin görüşü saat 15:30-a təyin edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər