OPEC+ ölkələri iyunda neft hasilatını sutkada 2,17 milyon barel artırıb

Neft hasilatının məhdudlaşdırılması sazişində iştirak edən OPEC+ ölkələri 2026-cı ilin iyun ayında hasilatı sutkada 2,17 milyon barel artırıblar. Bununla belə, onlar hələ də planlaşdırılmış hasilat göstəricilərindən əhəmiyyətli dərəcədə geri qalırlar. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilir.

BEA-nın məlumatına görə, könüllü şəkildə hasilatı məhdudlaşdıran OPEC+ ölkələri üçün iyun ayı üzrə hədəf göstərici sutkada 33,89 milyon barel idi. Faktiki hasilat isə sutkada 26,38 milyon barel təşkil edib. Beləliklə, planla müqayisədə geriqalma təxminən sutkada 7,51 milyon barel olub.

BEA-nın məlumatına əsasən, iyun ayında OPEC+ daxilində hasilatı artıran ölkələr arasında Əlcəzair sutkada 10 min barel, Küveyt 630 min barel, İraq 490 min barel, Səudiyyə Ərəbistanı 900 min barel, Oman 30 min barel, Rusiya isə 120 min barel artım qeydə alıb.

Qazaxıstan isə əksinə, iyun ayında neft hasilatını sutkada 50 min barel azaldıb.

Ümumilikdə, BEA-nın hesablamalarına görə, iyun ayında OPEC+ ölkələrinin ümumi neft hasilatı sutkada 2,14 milyon barel artaraq 32,44 milyon barelə çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər