Neft hasilatının azaldılması razılaşmasında iştirak edən OPEC+ ölkələri 2026-cı ilin mart ayında hasilatı sutkada 7,593 milyon barel azaldıb və könüllü məhdudiyyətlər və kompensasiyalar nəzərə alınmaqla plandan 7,519 milyon barel aşağı istehsal edib. Bu barədə OPEC hesabatında məlumat verilir.
Razılaşmadan azad edilən Liviya, İran və Venesuela nəzərə alınmadan alyans ölkələrinin hasilatı 29,755 milyon barel/sutka təşkil edib. Mart ayı üçün nəzərdə tutulan bütün könüllü məhdudiyyətlər və kompensasiya qrafikləri ilə birlikdə isə OPEC+ ölkələri 37,274 milyon barel/sutka hasil etməli idi.
Beləliklə, alyans planlaşdırılandan 7,519 milyon barel/sutka az hasilat edib.
OPEC+ daxilində əsas səkkiz ölkə arasında Rusiya martda kvotadan 407 min barel/sutka, İraq 2,231 milyon barel/sutka, BƏƏ 1,341 milyon barel/sutka, Səudiyyə Ərəbistanı 2,304 milyon barel/sutka, Küveyt 1,367 milyon barel/sutka, Oman isə 12 min barel/sutka geri qalıb. Bir sıra ölkələrin kvotadan ciddi geri qalması Yaxın Şərqdəki münaqişə ilə əlaqələndirilir.
Eyni zamanda, Qazaxıstan hasilatı kvotadan 783 min barel/sutka, Əlcəzair isə 2 min barel/sutka artıq artırıb.
OPEC+ sazişi çərçivəsində məhdudiyyətlərdən azad olan ölkələr arasında Liviyada hasilat martda 7 min barel/sutka azalaraq 1,252 milyon barel/sutkaya düşüb. İranda isə Yaxın Şərqdəki münaqişə fonunda hasilat 182 min barel/sutka azalaraq 3,06 milyon barel/sutkaya enib. Venesuela isə hasilatı 79 min barel/sutka artıraraq 988 min barel/sutkaya çatdırıb.





