Sentyabrın 1-də OPEC+ neft hasilatının azaldılması sazişinə qatılan ölkələr müqavilənin şərtlərini yenidən nəzərdən keçirə və qarşıdakı bir neçə ay ərzində əvvəlcədən razılaşdırılmış gündə 400 min barrel artımdan imtina edə bilərlər.
Bu barədə Küveytin neft və ali təhsil naziri Məhəmməd Abdel Lətif əl-Fares “Reuters” agentliyinə müsahibəsində bildirib.
“COVID-19 bəzi ölkələrdə dördüncü dalğasına başladıqca, bu artımı yenidən düşünmək üçün diqqətli olmalıyıq”, – Nazir deyib.
Əl-Fares əlavə edib ki, Çin də daxil olmaqla Şərqi Asiya ölkələrinin iqtisadiyyatı hələ də COVID-19-dan əziyyət çəkir.