Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələri və Rusiyanın qlobal neft tədarükündəki payı 2030-cu il üçün 48%-ə qədər səviyyədə qalacaq, 2050-ci il üçün isə 50%-i ötəcək.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “World Energy Outlook 2023” hesabatında göstərilir.
“OPEC və Rusiyanın qlobal neft tədarükündəki ümumi payı 2030-cu il üçün 45-48% səviyyəsində qalacaq, lakin 2050-ci il üçün Səudiyyə Ərəbistanı hasilatı artırdıqca bu, 50%-i keçəcək”, – hesabatda bildirilir.
Agentliyin proqnozuna görə, 2030-cu il üçün OPEC üzvlərinin ümumi günfəlik neft hasilatı 1 mln. barel artacaq. Eyni zamanda, Rusiyada gündəlik hasilat 2022-2050-ci illər arasında 3.5 mln. barel azalacaq.