12 C
Baku
Wednesday, December 11, 2024

OPEC+ ölkələri neft hasilatını artırıb

Neft hasilatının ixtisarına dair məlum razlaşmaya qoşulmuş OPEC+ formatının iştirakçısı ölkələri oktyabr ayında gündəlik neft hasilatını 490 min barel artıraraq 36,82 milyon barelə çatdırıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) noyabr hesabatında məlumat verilir.

Səudiyyə Ərəbistanı gündəlik hasilatı sentyabr ayındakı 9,68 milyon barelə qarşı oktyabrda 9,8 milyon barelədək artırsa da, hasilatın ixtisarına dair öhdəliyini 1 faiz artıqlaması ilə yerinə yetirib.

Hesabat dövründə OPEC üzvü ölkələri qeyd olunan razılaşmanı 124 faiz, qeyri-OPEC ölkələri də 103 faiz yerinə yetirib. Bütövlükdə isə OPEC+ ölkələri bu razılaşmaya 116 faiz əməl edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər