2019-cu ilin aprel ayında OPEC ölkələrin neft hasilatı, cari ilin mart ayı ilə müqayisədə günə 3 min barel azalmışdır. Bu haqda neft kartelinin aylıq hesabatında deyilir.
Banker.az xəbər verir ki, “OPEC+ Vyana sazişi” yerinə yetirilməyə başlayıb. Azalma, əsasən, İran, Səudiyyə Ərəbistanı və Anqolada qeydə alınıb, İraq, Nigeriya və Liviyada istehsal artıb.
Xatırladaq ki, 2018-ci il dekabrın 5-7-də Vyanada, OPEC ölkələri ilə neft kartelinə daxil olmayan neft istehsal edən ölkələr arasında danışıqlar nəticəsində, neft hasilatının azaldılmasına dair müqavilə bağlanmışdır. Hasilatın azaldılması 2019-cu il yanvar ayının 1-dən başlayaraq günə 1,2 milyon barelə qədər azaldılmalı idi.
OPEC ölkələri neft hasilatını gündə 800 min barelə qədər, kartelinə daxil olmayan ölkələr isə gündə 400 min barelə qədər azaltmalıdırlar.
2018-ci ilin oktyabr ayında OPEC neft istehsalının həcmi 32,358 milyon barel təşkil edib.