9 C
Baku
Wednesday, November 13, 2024

OPEC+ ölkələri neft hasilatının azaldılması üzrə kvotaları uzadacaqlar

OPEC+ ölkələri neft hasilatının azaldılması üzrə kvotaları sentyabr ayının əvvəlinə qədər uzatmaq istəyirlər.

Banker.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat verib.

Xatırladaq ki, neft hasilatının azaldılmasına dair OPEC+ müqaviləsi mayın 1-də qüvvəyə minib. Bu müqavilə neft hasilatının iyunun sonunadək gündə 9,7 milyon barel azaldılmasını nəzərdə tutur. Razılaşmalar iki il müddətində qüvvədə olacaqlar və iyuldan dekabr ayına kimi neft hasilatının gündə 7,7 milyon barel, 2021-ci ilin yanvarından ilin sonunadək isə 5,8 milyon barel azaldılmasını nəzərdə tuturlar.

Xatırladaq ki, tərəflər iyunun 4-də keçiriləcək telekonfransı iyunun 9-dək təxirə salıblar.

Analitiklərin fikrincə, yeni OPEC+ razılaşmasının qüvvəyə minməsi və Orta Şərq tədarükçülərinin hasilatı azaltması neftin qiymətinə müsbət təsir göstərib.

Son xəbərlər
Digər xəbərlər