16 C
Baku
Friday, April 26, 2024

OPEC+ ölkələri neft tədarükünü 10% azaldacaqlar

OPEC ölkələri Rusiya, Qazaxıstan və Azərbaycan ilə birlikdə qlobal neft tədarükünü təxminən 10% azaldılması barədə razılaşma üzərində işləyirlər.

Banker.az xəbər verir ki, bu haqda “Reuters” xəbər agentliyi məlumat verib.

Bu xəbərin fonunda neft qiymətləri 14% artdı, Brent markalı neftin bir bareli isə 35 dollar səviyyəsinə yaxınlaşdı.

Xatırladaq ki, cümə günü ABŞ prezidenti Donald Tramp neft şirkətlərinin rəhbərləi il görüşərək, onlarla qiymətlərin kəskin düşməsi məsələsini müzakirə edib.

Bir gün əvvəl isə Tramp Rusiya və Səudiyyə Ərəbistanının OPEC+ müqaviləsi çərçivəsində neft istehsalını gündə 10-15 milyon barelə qədər azaldacağını açıqlamışdır.

Amerikan lideri Rusiya və Səudiyyə Ərəbistanına güzəştə getməkdən imtina edərək, ölkədə neft istehsalını azaltmaqdan imtina etdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər