11 C
Baku
Sunday, November 17, 2024

“OPEC+” ölkələri noyabrda neft hasilatını azaldıb

Razılaşmada iştirak edən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri noyabrda oktyabr ayı ilə müqayisədə gündəlik neft hasilatını 270 min. barel azaldaraq, 36.22 mln. barelə çatdırıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında bildirilir.

Hesabata əsasən, alyansın kvotaları olan 19 üzv ölkəsi noyabr ayında gündəlik 36.22 mln. barel hasil edib, oktyabr ayında isə bu göstərici 36.49 mln. təşkil edib. Beləliklə, hesabat dövründə gündəlik hasilat 270 min barel azalıb.

Hesabat dövründə bütün 23 “OPEC+” ölkəsində (kvotadan azad edilmiş saziş iştirakçıları da daxil olmaqla) ümumi gündəlik neft hasilatı 130 min barel azalaraq 43.01 mln. barelə enib.

Anqola, Nigeriya və İraqda hasilatın 230 min barel azalması İranda hasilatın artması ilə kompensasiya edilib.

Təkcə OPEC ölkələrində hasilat noyabrda 100 min barel azalaraq 28.1 mln. barelə, OPEC-ə daxil olmayan ölkələrdə (“OPEC+” iştirakçıları) isə 30 min barel azalaraq 14.91 mln. barelə enib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər