8 C
Baku
Thursday, December 12, 2024

“OPEC+” ölkələri ötən ay öhdəliklərini 127% yerinə yetirib

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu ilin yanvar ayında neft hasilatının azaldılması üzrə razılaşmanı 127% yerinə yetiriblər.

“OPEC+” ölkələri ötən ay nəzərdə tutulduğundan (razılaşmadan əvvəl olan həcmlərdən – red.) gündəlik 800 min barel az neft hasil edib ki, bu da razılaşmanın 127% yerinə yetirilməsi deməkdir.

Qeyd olunur ki, yanvarda razılaşma iştirakçıları nəzərdə tutulan 400 min barel əvəzinə hasilatı cəmi 280 min barel artırıblar.

Belə ki, OPEC-ə üzv olan ölkələr yanvarda razılaşmanı 129%, qeyri-OPEC ölkələri isə 123% yerinə yetirib.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

Son xəbərlər
Digər xəbərlər