14 C
Baku
Thursday, March 28, 2024

OPEC ölkələri pandemiyadan əvvəlki səviyyəni 2023-cü ildə ötəcək

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2022-2023-cü illər üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu yüksəldib.

EİA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 29,54 mln. barel olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki proqnoz göstəricidən 0,17 mln. barel çoxdur.

Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,95 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,14 mln. barel çoxdur.

Qeyd edək ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,28 mln. barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 mln. barel təşkil edib, 2019-cu ildə isə 29,27 mln. barelə bərabər idi.

Beləliklə, EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, OPEC ölkələri neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəni 2023-cü ildə ötəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər