10 C
Baku
Friday, December 13, 2024

“OPEC+” ölkələri razılaşma çərçivəsində gündəlik 2,3 mln. barel nefti kompensasiya etməlidir

“OPEC+” (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində may-oktyabr ayları arasında gündəlik artıq neft hasilatının ümumi həcmi 2,35 mln. barelə yaxın olub ki, bu da sentyabr ayı ilə müqayisədə 160 min barel çoxdur.

Bunu TASS-a daxili monitorinq üzrə məlumatlarla tanış olan mənbə deyib.

Beləliklə, oktyabrın nəticələrinə görə, OPEC ölkələrinin neft hasilatının azaldılması üzrə “borcu” 1,32 mln. barel, “qeyri-OPEC” ölkələri üzrə isə bu göstərici 1,025 mln. barel təşkil edib.

Aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər