6 C
Baku
Thursday, February 13, 2025

“OPEC+” ölkələri yanvarda plandan 250 min bareldən artıq geri qalıb

Neft hasilatının azaldılması ilə bağlı sövdələşmədə iştirak edən “OPEC+” ölkələri yanvarda gündəlik neft hasilatını bir qədər – 13 min barel artırsalar da, könüllü azaldılma və kompensasiyalar nəzərə alınmaqla gündəlik neft hasilatını plandan 251 min barel aşağı hasil ediblər.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında bildirilib.

Razılaşmadan azad olan Liviya, İran və Venesuela istisna olmaqla “OPEC+” ölkələri üzrə gündəlik neft hasilatı 35,176 mln. barel səviyyəsində olub.

Yanvar ayı üçün nəzərdə tutulan bütün könüllü azaldılma və kompensasiya cədvəlləri nəzərə alınmaqla, “OPEC+” ölkələri sutkada 35,427 milyon barel hasil etməli idilər. Beləliklə, ötən ay alyans iştirakçıları plandan 251 min barel az neft istehsal edib.

Qeyd edək ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər