“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasına düzəliş etməyin və ya neft hasilatını gündə 400 min barel artırmağa davam etməyin zəruri olub-olmadığını hələlik qiymətləndirmək mümkün deyil.
Bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Biz bunu yanvarın 4-də müzakirə edəcəyik. Buna kimi hələlik iki həftə var”, – A. Novak qeyd edib.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub.