“OPEC Plus”ın neft hasilatını azaltmaq qərarı düzgün və vaxtında idi”.
Bu barədə Alyansın Baş katibi Haytam əl-Qeys danışıb.
Keçən həftə Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi “OPEC Plus”da iştirak edən ölkələr noyabr ayından başlayaraq gündəlik neft hasilatını iki milyon barel azaltmaq qərarına gəlib və razılaşmanı 2023-cü ilin sonuna qədər uzadıblar ki, bu da hasilatın artırılmasını tələb edən ABŞ-ın narazılığına səbəb olub.