9 C
Baku
Thursday, December 12, 2024

OPEC+ qərarı ardından neft qiymətlərində kəskin dəyər qazanıb

OPEC+ dekabr ayı üçün planlaşdırdığı hasilat artımını bir ay gecikdirmək qərarına gəldikdən və Yaxın Şərqdə gərginlik yenidən artdıqdan sonra neft bahalaşdı.

Banker.az xəbər verir ki, Brent nefti 2%-ə qədər artaraq 74 dolları keçdi, Qərbi Texas nefti isə 71 dollara yaxınlaşdı. Alyans gələn aydan gündə 180 000 barrel nefti bazara qaytarmağı planlaşdırmışdı, lakin onlar ilin sonuna qədər təchizatı məhdudlaşdırmaq qərarına gəldilər.

Bu arada İran Ali Lideri Ayətullah Əli Xamenei şənbə günü etdiyi çıxışda İsrailə qarşı “ölümcül cavab” veriləcəyini xəbərdarlıq edərək İsrailə qarşı ritorikasını gücləndirdi. Wall Street Journal qəzetinin məlumatına görə, Tehran müttəfiqlərinə hücumun ABŞ prezident seçkilərindən sonra, lakin yanvar ayındakı inauqurasiyadan əvvəl olacağını bildirib və hücumun iki əvvəlki zərbə kimi yalnız raket və dronlarla məhdudlaşmayacağını vurğulayıb.

Bir sıra analitiklər düşünür ki, bazarda həssas olan tələbin olduğu bir dövrdə OPEC-in bazara çoxlu neft çıxarmaq ehtimalı bazar əhvalına əhəmiyyətli dərəcədə təsir edib. İsrail və İran arasında qarşılıqlı zərbələrin davamlı olaraq artması neft obyektlərinin hədəfə düşmə riskini yüksəldir.

Neft qiymətləri getdikcə daha volotil olub; gələn il üçün çox təchizatın olması və ən böyük idxalçı olan Çində zəif tələbat Yaxın Şərqdəki narahatlıqlarla tarazlaşır. Dünyanın təxminən üçdə bir xam neftinin mənbəyi olan Yaxın Şərqdə İsrailin İrana qarşı zərbəsinin enerji infrastrukturuna təsir etməməsi nəticəsində ötən həftənin əvvəlində fyuçerslər dəyər itirib, lakin sonra bu enişin çox güclü olması ilə bağlı narahatlıqlar səbəbindən azalma dayandı.

Bu həftə neft bazarında bir neçə əsas hadisə gözlənilir, o cümlədən ABŞ seçkiləri və Çinin ali qanunverici orqanının iclası. Bundan əlavə, Saudi Aramco Asiya üçün dekabr ayına rəsmi qiymətlərini açıqlayacaq və sorğulara görə istehsalçının Asiya üçün qiymətləri endirməsi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər