Neftin qiyməti OPEC+ alyansının açıqlamasından sonra həftənin son iş gününə yüksəlişlə satrat verib.
Banker.az xəbər verir ki, Brent markalı xam neftin fevral fyuçersləri üzrə qiyməti ticarət sessiyası ərzində 1.23 dollar, yaxud 1.77% artımla 70.90 dollar/bbl səviyyəsinə, WTI nefti isə 1.17 dollar, yaxud 1.76% artımla 67.67 dollar/bbl səviyyəsinə çatıb.
Ötən gün artıq KİV-ə OPEC+ alyansının iclası öncəsi sızmışdı ki, OPEC+ yanvardan neftin hasilatının planı üzrə davam etdirəcək. Belə də oldu. OPEC+ formatının iştirakçısı olan ölkələr strateji xəttinə sadiq qalaraq 2022-ci ilin yanvarında da gündəlik hasilatı 400 000 barel artırmaq qərarına gəldilər.
OPEC+ artıq bazara bu siqnalı da verdi ki, Omikron kimi ştamın iqtisadiyyatlara hansı istiqamətdə təsir edə biləcəklərini yaxından izləyəcəklər, neftin qiymətinə güclü təsirlər hiss edilərsə anında qərarlar qəbul edilə biləcək.
Bu isə treyderlərin bazarla bağlı bir qədər optimist düşnməyə sövq edir. Onlar düşünür ki, hər halda hazırkı durumda Səudiyyə və Rusiyanın 2020-ci ilin ilk ayında aralarında baş verən anlaşılmaz durumla indiki dövr fərqlidir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2.42% artaraq 4.15 ABŞ dolları təşkil edib.