Azərbaycan neftinin qiyməti son sutka ərzində 2.95 dollar, yaxud 4.56% bahalaşıb.
Banker.az xəbər verir ki, “Azeri Light” markalı xam neftin bir barreli 67.70 dollara ticarət olunub.
Ötən gün, OPEC+ ölkələri neftin hasilatına yenidən baxdı və yeni qərara əsasən Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 123 min barrel həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barrel səviyyəsində saxlanılacaq. OPEC+ ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barrel təşkil edəcək.
2021-ci ilin 5 yanvar tarixində OPEC+ ölkələri nazirlərinin iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, OPEC+ ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7.125 mln. barel, martda isə 7.05 mln. barel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. Beləliklə, yanvar, fevral və mart aylarında Azərbaycan gündəlik xam neft hasilatını 2020-ci ilin dekabr ayına nisbətən 8 min barel artıraraq hasilatı 595 min barel səviyyəsində saxlayacaq.