26 C
Baku
Saturday, July 27, 2024

OPEC qeyri-OPEC ölkələri üzrə karbohidrogenlərin hasilat proqnozunu dəyişib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu cüzi azaldıb.

2022-ci ildə sözügedən göstəricinin 66,59 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır (öncəki proqnoz – 66,61 mln. barel).

Cənubi Qafqaz boru kəməri ilə qazın ixracı 9% artıbAzərbaycanda traktor istehsalı artıbAzərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkəsini üstələyir

Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,57 mln. barel səviyyəsində olub, bu da öncə proqnozlaşdırılan göstəricidən 0,01 mln. barel azdır.

Qeyd olunur ki, 2020-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik ortalama neft və digər maye karbohidrogenlərin hasilatı 62,97 mln. barel təşkil edib.

 

 

Son xəbərlər
Digər xəbərlər