2045-ci ilə qədər neft tələbinin proqnozlaşdırılan artımını qarşılamaq üçün qlobal neft sənayesinə 12 trln. dollardan çox investisiya lazımdır.
Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm əl-Qais G20 nazirlərinin görüşündə deyib.
Onun sözlərinə görə, sənayeyə sərmayə qoyuluşunun çatışmamazlığı ehtiyat istehsal gücünün azalması, istehsalın məhdudlaşdırılması və emal həcminin azalması ilə nəticələnib. Bütün bunlar neftə tələbatın faktiki olaraq artdığı zaman formalaşıb.
Onun sözlərinə görə, neftə artan tələbatı ödəmək üçün qiyməti formalaşdıran bütün zənciri üzrə 12 trln. dollardan çox investisiya lazımdır.
Bütün yanacaq növləri və bütün texnologiyalar enerji keçidinin təhlükəsiz və tədricən həyata keçirilməsi üçün çox vacibdir, deyə OPEC-in baş katibi yekunlaşdırıb.