26 C
Baku
Tuesday, April 30, 2024

OPEC: Qlobal neft sektoruna 12 trln. dollardan çox sərmayə lazımdır

2045-ci ilə qədər qlobal neft sektoruna 12 trln. ABŞ dollarından çox həcmdə sərmayə lazımdır.

Bunu OPEC-in baş katibi Heysəm əl-Qais Dubayda keçirilən neft-qaz konfransı zamanı bildirib.

Onun sözlərinə görə, 2045-ci il üçün qlobal iqtisadiyyatın bugünkündən iki dəfə, dünya əhalisinin 1.6 mln. nəfər artacağı gözlənilir. Qlobal iqtisadi və demoqrafik dəyişikliklər nəticəsində enerji tələbatının indidən 2045-ci ilə qədər əhəmiyyətli dərəcədə 23% artacağı proqnozlaşdırılır.

“Tələbin bu cür artması sənayemizə adekvat sərmayə qoyulmasını zəruri edir. Qlobal neft sektorunun 2045-ci ilə qədər 12.1 trln. ABŞ dolları həcmində məcmu sərmayəyə ehtiyacı olacaq”, – Heysəm əl-Qais qeyd edib.

OPEС-in fikrincə, karbohidrogen sənayesinə sərmayə qoyuluşunun olmaması enerji təhlükəsizliyinə əngəllər yaradır, enerji bazarının qeyri-sabitliyinə və iqtisadi artımın ləngiməsinə səbəb olur.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər