13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

OPEC qlobal neft tələbatı ilə bağlı proqnozunu dəyişməyib

faizlere

OPEC-in sentyabr hesabatına əsasən, 2021-ci ildə qlobal neft tələbatı gündə 6 milyon barrel təşkil edəcək.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Beləliklə, proqnoz avqust ayı ilə müqayisədə dəyişməz qalıb.

Hesabatda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində əhalinin artan hərəkətliliyi fonunda bu ilin üçüncü rübündə neftə olan tələbatın sabit olduğu bildirilir. Eyni zamanda ilin ikinci yarısında neftə olan tələbatın proqnozu koronavirus infeksiyasının, xüsusilə də “delta” ştamının yayılması səbəbindən azaldılıb. Ümumiyyətlə, 2021-ci ildə neftə olan tələbat gün ərzində 96.7 milyon barrel səviyyəsinə çatacaq.

OPEC 2022-ci ildə dünyada neftə olan tələbatın artımının 4.2 milyon barrel olacağını gözləyir. “Bütün növ yanacağa olan tələbatın bərpasının daha güclü olacağı və bütün bölgələrdə sabit iqtisadi artımla dəstəklənəcəyi gözlənilir”, – deyə mesajda bildirilir. 2022-ci ildə neftə olan ümumi tələbat gündə 100.8 milyon barrelə çatacaq ki, bu da pandemiyadan əvvəlki səviyyədən yüksəkdir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər