9 C
Baku
Thursday, December 26, 2024

OPEC qlobal neft tələbatı üzrə proqnozunu yüksəldib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-cü il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu cüzi yüksəldib.

OPEC-in aylıq hesabatına əsasən, cari il qlobal gündəlik neft tələbatının 101.9 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da öncəki proqnoz göstəricisindən 0.03 mln. barel çoxdur. 2023-cü ildə neft tələbatının artım tempi 2.32 mln. barel olacaq (proqnoz dəyişməyib).

Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 99.58 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2.5 mln. barel təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5.74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96.92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91.13 mln. barel olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər