20 C
Baku
Thursday, May 30, 2024

OPEC qlobal neft tələbatı üzrə proqnozunu yüksəldib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-cü il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu yüksəldib.

Cari il qlobal gündəlik neft tələbatının 101,87 mln. barel səviyyəsində olacağı gözlənilir (öncəki proqnoz 101,77). 2023-cü ildə neft tələbatının artım tempi 2,32 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,1 mln. barel çoxdur.

Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 99,55 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2,54 mln. barel təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər