Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-2024-cü illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu dəyişməyib.
OPEC-in aylıq hesabatına əsasən, cari il qlobal gündəlik neft tələbatının 102.11 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da öncəki proqnoz göstəricisinə bərabərdir. 2023-cü ildə neft tələbatının artım tempi 2.46 mln. barel olacaq (proqnoz dəyişməyib).
Hesabata əsasən, OPEC gələn il üçün qlobal neft tələbatının 104.36 mln. barel (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır, bu da 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 2.25 mln. barel artım deməkdir (proqnoz dəyişməyib).
Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 99.66 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2.74 mln. barel təşkil edib.
Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5.74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96.92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91.13 mln. barel olub.