5 C
Baku
Monday, December 16, 2024

OPEC qlobal neft tələbatı üzrə proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu azaldıb.

Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 105,57 mln. barel olacağı proqnozaşdırılır (öncəki proqnoz – 105,78 mln. barel), bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,54 mln. barel çoxdur.

OPEC bu il üçün qlobal neft tələbatının 104,03 mln. barel (öncəki proqnoz – 104,14 mln. barel) səviyyəsində olacağını proqnozlaşdırır, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,82 mln. barel artım deməkdir.

Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 2,55 mln. barel artım deməkdir.

Qeyd edək ki, OPEC məlumatlarına əsasən, 2022-ci ildə qlobal gündəlik neft tələbatı 99,66 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2,74 mln. barel təşkil edib.

Son xəbərlər
Digər xəbərlər