1 C
Baku
Saturday, December 14, 2024

OPEC qlobal neft tələbatı üzrə proqnozunu korrektə edib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-ci illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu cüzi yüksəldib.

Cari il qlobal gündəlik neft tələbatının 100,8 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da ki əvvəlki proqnoz göstərici ilə müqayisədə 0,01 mln barel çoxdur. Belə ki, 2022-ci ildə neft tələbatının artımı tempi 4,15 mln. barel olacaq, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir.

OPEC 2021-ci il üçün də indikatorlar üzrə göstəriciləri korrektə edib. Hesabata əsasən, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,67 mln. barel təşkil edib, bu da əvvəlki proqnoz göstəricidən 0,01 mln. barel çoxdur. Beləliklə, ötən il qlobal gündəlik neft tələbatının 96,65 mln. barel səviyyəsində olub (öncəki proqnozdan 0,02 mln. barel çoxdur).

Hesabatda həmçinin qeyd olunur ki, 2020-ci ildə qlobal gündəlik neft tələbatı 90,97 mln. barel olub.

 

 

Son xəbərlər
Digər xəbərlər